Nazirlik mobil nömrə daşınma ilə bağlı yeni elektron xidməti elektronlaşdırdı
1 İyul 2014 14:48 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN)
"Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış
nömrələr barədə məlumatın verilməsi" xidmətini elektronlaşdıraraq
istifadəçilərin ixtiyarına verib. Movqe.az-a nazirlikdən
verilən xəbərə görə, "Elektron
hökumət" portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil
nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə
etmək mümkünləşib: "Xidmətdən yararlanmaq üçün istifadəçi mobil
nömrəni müvafiq bölməyə daxil edərək "Göndərmək" düyməsini sıxmaqla
asanlıqla məlumat ala bilər".
Qeyd edək ki, "Mobil nömrə daşınması xidməti
vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın
verilməsi" xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna
bilən xidmətlər sırasında yer alır.