Dünənki yol qəzaları 7 can alıb

1 İyul 2014 15:07 (UTC+04:00)

Azərbaycanda ölümə nəticələnən yol qəzaları davam edir. Movqe.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 30-da ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində baş verib.