Azyaşlı uşaq su hovuzunda boğuldu

1 İyul 2014 15:31 (UTC+04:00)

Bərdədə azyaşlı uşaq suda boğulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 30-da Bərdə rayonunun Qazaxlar kəndində baş verib.


Kənd sakini, azyaşlı Saday Qaçaylı yaşadığı evin həyətində su hovuzuna düşüb. Uşaq hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

(ANS PRESS)