Nazirliyin keçmiş şöbə müdirinə vəzifə verildi-Eksklüziv

1 İyul 2014 15:34 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin  keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib. Movqe.az-ın əldə etdiyi eksklüziv məlumata görə, Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. Məlumatı Movqe.az-a Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər. Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.