“Bir vaxtlar ac idim”

5 İyul 2012 13:23 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı məşhur top model və oyunçu Brooklyn Decker "Esquire" Jurnalına təəccüblü şərhlər verib. Modelliyə başladığı ilk illərdə çox sərt pəhrizlər saxladığını etiraf edən 25 yaşlı model, "O zamanlar formada qalmaq üçün demək olar ki, heç bir şey yemirdim. Yalnız meyvə şirəsi içirdim.İndi isə sərt pəhriz saxlamıram.Ürəyim nə istəyir yeyirəm. Lakin vitaminli qidalar qəbul etməyə çalışıram" deyib.