4 rayonun işi "ASAN"laşır (VİDEO)

2 İyul 2014 16:55 (UTC+04:00)
Bu ilin sonuna qədər respublikanın daha 4 rayonunda "ASAN xidmət" mərkəzlərinin tikintisi başa çatdırılacaq və vətəndaşların ixtiyarına veriləcək.  ANS TV-nin məlumatına görə, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə dövlət agentliyinin sədri İnam Kərimov məlumat verib.  İnam Kərimov bu mərkəzlər açıldıqdan sonra tətbiq olunacaq yenilikdən də danışıb.