Ermənistanda dolma festivalı keçiriləcək

5 İyul 2012 15:25 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ermənilər dolmanın onlara məxsuz olduğunu sübut etmək fikrindədirlər. 

Ermənilərin bu dəfə mənimsəmək istədikləri nemət türk mətbəxinə aid, ən dadlı təamlardan biri olan dolmadır. Ermənilər dolmanın köklərini türk xalqına mənsub olduğunun "səhv" olmasını sübut etmək üçün ölkədə milli xörək-dolma festivalı keçirməyə hazırlaşırlar.

Qondarma milli yemək festivalını iyulun 11-də "Erməni kulinariyası adətlərinin inkişafı və qorunması" təşkilatı təşkil edəcək. Başqalarının dəyərlərinə sahib çıxmağa alışmış ermənilər bu festivalı keçirməkdə məqsədləri dolmanı erməni yeməyi kimi təbliğ etmək və tanıtmaqdır.  

Türkan Nadirqızı

Movqe.Az