Separatçı Donetsk və Luqansk “xalq respublikaları” federasiya yaratmağı planlaşdırırlar

2 İyul 2014 11:04 (UTC+04:00)

Separatçı Donetsk və Luqansk "xalq respublikaları"nın liderləri federasiya yaratmaq niyyətindədirlər.

Movqe.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə separatçı Donetsk Xalq Respublikasının "baş naziri" Aleksandr Boroday bildirib. A.Boroday yaradılacaq federasiyanın vahid parlamenti və prezidentinin olacağını bildirib. O, həmçinin, Donetsk və Luqansk "xalq respublikaları" arasında heç bir fikir ayrılığının olmadığını qeyd edib: "Arabir yaranan əhəmiyyətsiz məsələlər müzakirələr yolu ilə tamamilə öz həllini tapır".