Cənubi Koreya balina ovlayacaq

5 İyul 2012 15:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiya kimi Cənubi Koreya da "elmi məqsədlərlə" balina ovlamaq istədiyini açıqlayıb. Beynəlxalq Balina ovçuluğu Komissiyasının (IWC) Panamada edilən illik konqressinə qatılan Cənubi Koreya nümayəndə heyətinin başçısı Qan Con Şuk, Cənubi Koreya açıqlarındakı balinaların artdığını və bunun da kiçik balıqlara mənfi təsir olduğunu söyləyib.

Şuk balina ovuna nə vaxt başlamaq istədiklərini və neçə balina ovlayacaqlarını  yaxın zamanda açıqlayacağını bildirib.

Bu vaxt balinaların qorunması üzrə çalışan qeyri-hökumət təşkilatları Cənubi Koreyanın bu niyyətinə sərt reaksiya verib. Cənubi Koreyanın Yaponiyanın izindən getməyə çalışdığını ifadə edənlər bunun qəbul edilə bilməz olduğunu söyləyiblər.