Buğda qəbuluna başlandı

2 İyul 2014 13:30 (UTC+04:00)

FHN Dövlət Taxıl Fondu üçün bu gündən etibarən buğda qəbuluna başlayıb. 


Anspress-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda qəbulu Fövqəladə Hallar Nazirliyinin "Səngəçal" və "Gəncə" Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "FATOĞLU" MMC, N.Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz ASC" və "Aveta" MMC müəssisələri vasitəsilə qəbul edilir. Yerli istehsalçılarından buğda bir ton üçün 240 AZN olmaqla qəbul edilir. 


Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbulu aşağıdakı kimidir:


I. Dənin naturası(bir lititlik purkalarda qramla):

buğda üçün -750 q/l-dən az olmamaqla


II. Alaq otları (zibil)qarışığı (faizlə)

buğda üçün -2 faizdən çox olmamaqla


III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla


IV. Nəmlik (faizlə): -13,0 faizdən çox olmamaqla


V. Yapışqanlıq 3-cü sinif buğda üçün : - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla


VI. Şüşəvarilik

-3-cü sinif buğda üçün -40-45% hüdudlarında


VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, - yol verilmir

acıyovşan və ya dənli bitkilərə xas olmayan və

onların emalı məhsullarına keçən (kerosin, benzin,

sarımsaq və buna oxşar maddələr) digər iy və dad


VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir


IX. Anbar ziyanvericiləri - yol verilmir

ilə sirayətlənmə bütün bitkilər üçün


X. Digər əlamətlər-bütün bitkilər üçün -yol verilmir

karantin və iqtisadi cəhətdən

təhlükəli xəstəlik, zərərverici və alaq

otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)


Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.


Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

"Səngəçal" Taxıl elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı şossesi:

Tel: 050-218-30-06; 055-560-06-12.

"Gəncə" Taxıl elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri-20, Tel: 055-220-62-26.

"Abşeron Taxıl MMC": Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi,

Tel: 050-204-24-78; 050-545-12-18.

"Karat-Holdinq" MMC: Xirdalan şəhəri, Samaxı şossesi-23, Tel.: 012-342-09-50, 050-223-18-97

"Karmen" MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 012-342-59-12.

"FATOĞLU" MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 022-56-94-44;

050-222-08-20

N.Quliyev adına "Bakı-Taxıl" ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə.

Tel. 012-566-21-72

"Araz ASC": Zığ şossesi 27, Tel. 050-502-29-08; 012-379-10-29; 012-373-04-89.

faks: 012-373-90-00

"Aveta" MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel.: 0145-6-60-08, 050-200-11-97, Faks: 0145-6-60-03

Dövlət Taxıl Fondunun əlaqə telefonu və elektron poçtu:

tel: 055 560 06 12

e-mail: [email protected]