Nənələr televiziyaya gedir

5 İyul 2012 15:28 (UTC+04:00)

Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikincisi olan "Buranovskiye babuşki"nin populyarlığı artır. Eurovision.az saytı xəbər verir ki, nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova "Rossiya 1" telekanalında "V qostax u skazki" ("В гостях у сказки") verilişində aparıcı ola bilər.

Bununla yanaşı Rusiya mətbuatının məlumatına görə, müğənni Filip Kirkorov "Buranovskiye babuşki" qrupunu 2013-cü ildə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində yenə də ölkə təmsilçisi qismində görür. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilər. "Hər halda Dima Bilanda bu alınmışdı" - deyə Filip Kirkorov bildirib.