Ehtiyyatsızlıqdan elektrik cərəyanına toxunan kişi dünyasını dəyişib

2 İyul 2014 15:54 (UTC+04:00)

Qəbələ sakini dəhşətli şəkildə dünyasınıə dəyişib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yenikənd kəndində baş verib.


Belə ki, kənd sakini Qadir Abdullayev ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub. Bu zaman yüksək gərginlikli elektrik xəttinə yapışan Q.Abdullayev dəhşətli şəkildə dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.