Bir ildə 75 milyon dollar qazandı

5 İyul 2012 15:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollivudun ən yaxşı qazanan aktyorunun amerikalı aktyor Tom Kruz olduğu məlum olub. "Forbes" jurnalının qiymətləndirməsinə görə, Kruz bir ildə (May 2011-May 2012 arası) təxminən 75 milyon dollar qazanıb. Həyat yoldaşı Keti Holmesin keçən həftə boşanmaq üçün məhkəməyə müraciəti ilə gündəmə gələn Kruzun Hollivudun ən çox qazanan aktyoru olduğunu onun 50 yaşını qeyd etdiyi ad günü mərazsimində açıqlanıb. Bu siyahıda Tom Kruzdan sonra böyük  fərqlə, 37 milyon dollar qazancla Leonardo DiKaprio və Adam Sandler yer alıb.