Tələbə Təqaüd Proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi zamanı marketinq və ya informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil alanlara üstünlük veriləcəkdir. Tələbə Təqaüd Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) "Tələbə Proqramı" səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi - 31 iyul 2014-cü il tarixidir.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Bununla da Azercell Telekom MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verməkdə davam edir.