Siqaretin qız uşağına təsiri daha çoxdur

2 İyul 2014 22:33 (UTC+04:00)

ABŞ-da 0-2 yaş qrupunda olan uşaqların siqaret tüstüsünə məruz qalmaları ilə bağlı aparılan işlərin nəticələrini elan edilib. Məlum olub ki, 0-2 yaş dövründə siqaret tüstüsünə məruz qalan uşaqlarda ağciyər funksiyaları ciddi ölçüdə zərər görür.


"9 Eylül" Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Prof. Dr Kılıncın sözlərinə görə, həmin tədqiqatda siqaretdən istifadə edən mühitlərdə qız uşaqları digər uşaqlara nisbətən daha çox təsirlənir. 


Onun sözlərinə görə ana bətnindən etibarən dumana məruz qalan uşaqlar həyatda passiv olurlar.

Ana, hamiləlik dövründə siqaret çəkirsə, körpə kifayət qədər bəslənə bilmir və gözlənilən formada dünyaya gəlmir.

İnkişafı tam olmayan uşaqlarda isə xəstəlik riski artır. Bu baxımdan həyat tərzinə fikir vermək çox önəmlidir.