Öldürdüyü heyvanlarla şəkil çəkdirdi-FOTOLAR

3 İyul 2014 13:13 (UTC+04:00)

ABŞ-ın Texas əyalətində yaşayan 19 yaşındakı Kendal Cons, ovladığı bir-birindən böyük və təhlükəli heyvanlarla verdiyi pozaları Facebookda paylaşıb. Onun Afrikada ovladığı heyvanlar arasında fil, su ayğırı, zebra, bəbir və aslan da olub. Movqe.Az xəbər verir ki, Cons heyvanları ovlamasının qanuni olduğu səbəbiylə özünü müdafiə etsə də sosial platformalarda etirazlar hər keçən gün böyüyür. Bütün dünyadan olan heyvan həvəskarları, Consun fotoşəkillərini paylaşmasının qadağan edilməsini istəyir. Hətta, heyvan ovuna qarşı olanlar Facebookun rəhbəri Mark Zuckerbergə müraciət üçün ərizə hazırlayır.

Bir həftə içərisində 40 min online imza toplayan Heyvansevərlər, 19 yaşındakı qızın heyvanlara zülm səbəbiylə Facebookdakı hesabının bağlanmasını istəyir.