Əcnəbilərlə nikaha girənlərdən boşananların sayı artıb

3 İyul 2014 13:40 (UTC+04:00)

Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı ötən il 44,5 faiz artıb. Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə belə boşanmaların sayı 146 olduğu halda, 2013-cü ildə 211 olub. Əvvəlki illərdə isə bu boşanmaların sayı daha az olub. Azərbaycanda 2009-cu ildə xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı 75, 2010-cu ildə 78, 2011-ci ildə 76 boşanma halı qeydə alınıb. Ümumilikdə ötən il ölkədə 86 892 nikah bağlanıb ki, onun da 2780-i xarici vətəndaşlarla olub. Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahların sayında da əvvəlki illərlə müqayisədə artım qeydə alınıb. 2012-ci ildə Azərbaycanda xarici vətəndaşlarla 2688 nikah bağlandığı halda, 2011-ci ildə onların sayı 2696, 2010-cu ildə 2221, 2009-cu ildə 1731 olub.