Miqrantlara bəd xəbər
3 İyul 2014 20:12 (UTC+04:00)
"Rusiyada işləmək istəyən əcnəbilərin uyğunlaşması
haqqında qanun qəbul edilərsə, 2015-ci ildə 2 milyona yaxın miqrant
məcburi şəkildə rus dilini öyrənməli
olacaq".
ANS PRESS-in məlumatına görə, bunu Federal
Miqrasiya Xidmətinin (FMX) rəisinin müavini Anatoli Fomenko
deyib.
Onun sözlərinə görə, FMX hökumətə Rusiya
ərazisində yaşayan əcnəbilərin uyğunlaşması haqqında qanun layihəsi
təqdim edib. Qanun layihəsində nəzərdə tutulub ki, 2015-ci il
yanvarın 1-dən etibarən yüksək ixtisaslı mütəxəssislər istisna
olmaqla Rusiyada daimi yaşayış yeri əldə etmək istəyən əmək
miqrantlarının rus dili, Rusiya tarixi və qanunvericiliyinə dair
bilikləri yoxlanılsın.
Anatoli Fomenko həmçinin qeyd edib ki, ölkənin
bütün şəhər və rayonlarında əcnəbilər üçün rus dili kursları təşkil
edilib. Bu kursların 1/3-I pulsuz fəaliyyət göstərir.