ABŞ terrorla mübarizəyə belə başladı

3 İyul 2014 18:44 (UTC+04:00)

Dünya ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi xarici hava limanlarında ABŞ-a birbaşa uçan reyslərdə təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi planlarını açıqlayıb. Movqe.az-ın məlumatına görə, Britaniyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi BBC-ə bildirib ki, təhlükəsizlik qaydaları Britaniya hava limanlarında da sərtləşdiriləcək.Bundan əvvəl, ABŞ mediası bildirib ki, "Əl-Qaidə" silahlıları Suriya və Yəməndə indiyə qədər tətbiq edilən təhlükəsizlik qaydaları ilə tapılmayan yeni partlayıcı qurğu üzərində çalışır.ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bəyan edib ki, yeni təhlükəsizlik qaydaları yaxın günlərdə tətbiq ediləcək. Məlumatda bu addımın səbəbi və hansı ölkələrdə tətbiqi barədə məlumat verilmir.Hələlik yeni qaydaların müvəqqəti və ya həmişəlik, həmçinin ABŞ hava limanlarında da tətbiqi bilinmir. "Əlimizdən gələni edəcəyik ki, belə məcburi addımlar səyahətçilər üçün narahatlıq yaratmasın", - deyə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyindən Cey Conson bildirib.

"Biz əlimizdəki məlumatları xarici müttəfiqlərimizlə bölüşürük, eləcə də avia sənaye nümayəndələri ilə məsləhətləşmələr aparırıq", - deyə əlavə edib.

Conson güman edir ki, yeni qaydalar səyahət zamanı gecikmələr yaratmayacaq. Amerika hökümətindən anonim qalmaq istəyən bir məmur deyib ki, əsas diqqət Avropadan Amerikaya gələn hava reyslərə yönəldiləcək.

İstisna deyil ki, Avropa ölkələrindən gələn sərnişinləri əlavə yoxlamalar gözləyir. Ən azından onların ayaqqabıları və elektrik cihazları yoxlanılacaq.