FHN xəstə qadını xilas etdi

4 İyul 2014 10:44 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonunda 78 yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalıb. Anspress FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək pəncərədən daxil olublar.