Google 18+ reklamlara qadağa qoydu
4 İyul 2014 13:01 (UTC+04:00)
Dünyanın ən çox istifadə edilən axtarış mühərriki google şirkətin
reklam bölümündə artıq cinsi mövzulu reklamlara yer verməyəcək.
Movqe.Az xəbər verir ki, əsası mart ayında qoyulan layihə bazar
günündən etibarən fəaliyyətə keçəcək. Sistemlə bağlı məlumat verən
Google spikeri 18+ sayt sahiblərinin artıq reklamlarını verəcək
başqa şirkətlər axtardığını bildirib.