İstedadlı uşaqların I sinifə qəbulu başlanılır

5 İyul 2014 11:00 (UTC+04:00)
Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna başlanılacaq.

Movqe.az xəbər verir ki ,  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə bildirilib ki, Azərbaycan təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013-cü il tarixli əmrinə müvafiq olaraq, Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinifə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.