İftardan sonra şair xəstəxanaya düşdü
5 İyul 2014 12:00 (UTC+04:00)
Türkiyəli şair Ahmet Selçuk İlkan ötən gün iftar mərasimlərindən
birində özünü pis hiss edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Karaman şəhəri
bələdiyyəsinin təşkil etdiyi Ramazan ayı tədbirləri çərçivəsində
iftar mərasimi keçirilib.
Mərasimdə iştirak edən türkiyəli şair və yazıçı Ahmet Selçuk İlkan
iftar yeməyindən sonra mədəsində narahatlıq hiss edib və şairi
xəstəxanaya aparıblar.
Şairin xəstəxanada olması səbəbilə iştirak edəcəyi tədbirlərdə onun
yerinə qiraətçilər şeirlərini səsləndirib.
Şair müalicə edildikdən sonra bu gün İstanbula qayıdıb.