8 işçi 30 milyon dolları bölmək məcburiyyətində qaldılar

6 İyul 2014 14:00 (UTC+04:00)
Kanadanın Labrador Siti şəhərinin səkkiz sakin lotereya biletini atışaraq aldıqlarına görə qazandıqları 30 milyon dolları bölmək məcburiyyətində qalıblar.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, əmlak şirkətinin işçiləri cümə günü işdən çıxdıqdan sonra lotoreya almaq qərarına gəlmələri onların həyatını bir dəfəlik dəyişib. Qaliblərdən biri Kelli Trikkonun dediyinə görə uduş xəbərini həmkarının ona yazdığı sms vasitəsilə bilib.

O, deyir ki, özü də, həmkarları da hələ də baş verənlərə inanmırlar. Lakin çox yaxın zamanda onlara verilən pulu bölmək zövqünü yaşayacaqlar.

Bu arada 8 qalibdən bir neçəsi artıq işlərindən azad olmaları üçün ərizə yazıblar.