Wi-Fi sağlamlıq üçün təhlükəlimi ?

6 İyul 2014 15:09 (UTC+04:00)

Kabelsiz router və modemlər divarların içindən elektromaqnetik radiasiya ilə kompyuterinizə siqnal göndərir. Yaxşı bu radiasiya divarlarınızın içindən keçe bilirsə insan bədəninə niyə girməsin? Evinizdə və ya ofisinizdə kabelsiz modem varsa təhlükəli bir radiasiya hovuzunda yaşayırsınız deməkdir.


Movqe.az xəbər verir ki, bununla əlaqədar problemlərdən biri bir çox insanın kabelsiz modemini naqildən çıxarmamasıdır. Beləcə 7 gün, 24 saat bu radiasiyaya məruz qalırsınız. Binadakı qonşuların da Wi-Fi istifadə etdiyini unutmayın. Beləcə ətrafınız radiasiya ilə əhatələnir.


Routerlər elektromaqnit radiasiyanın aşağı GigaHertz səviyyəsində yayır. Problem isə elektro maqnit tezliyin (EMF) test edilməmiş olması yəni 7 gün 24 saat istifadə edilməmiş olmasıdır.


Qəti olmasa da Wi-Fi router meydana gətirdiyi EMF dalğalarına uzun müddət məruz qalmanın beyin ziyanına, yaddaş itkisinə və hətta şişlərə səbəb ola biləcəyini göstərən araşdırmalar var. Bu aşağı tezlikdəki EMF insan bədəninin öz enerji sahəsini narahat edib yorğunluğa, xərçəngə və DNT dəyişikliyinə gətirib çıxarır. Bir qrup insan Wi-fiə məruz qaldığı üçün nizamsız ürək atışı, baş gicəllənməsi, baş ağrısı, konsentrasiya çətinliyi, həzm problemləri və ya depressiya ya da həddindən artıq yorğunluq kimi sağlamlıq problemləri yaşadıqlarını iddia edir. Bir çox insan da Wi-Fi-lərini qapadıklarında və ya Wi-Fi siqnalı olan mühitdən ayrıldıqlarından dərhal yaxşılaşdıqlarınıda ifadə edirlər.


Keçdiyimiz günlərdə Danimarkada tamamlanan maraqlı bir araşdırma var. Danimarkalı tələbələrə 400 tərə toxumu aldılar və onları iki otaq arasında paylaşdırdılar. İki otaqdakı toxumlara da eyni diqqət göstərildi, ancaq otaqlardan birində toxumların yanına 2 ədəd Wi-Fi router yerləşdirildi. 12 gün sonra Wi-Fi siqnallarının tapıldığı otaqdakı toxumlar yetişmək əvəzinə digər otaqdakı toxumlar daha yaxşı yetişdi.


Wi-fi modemlərin sağlamlıq baxımından risk meydana gətirib meydana gətirmədiyi mövzusundakı qərar sizə qalmışdır. Heç olmasa internetlə işiniz olmadıqda modeminizi bağlamağı unutmayın.