Azərbaycanda yeni kollec
6 İyul 2014 17:00 (UTC+04:00)
Azərbaycanda yeni kollec yaradılıb. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı
Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.
Bununla əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın
"Orta ixtisas təhsili müəssisələri" bölməsinə Masallı Dövlət
Regional Kollecinin adı əlavə edilib.
Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon
İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin
maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri
tədbirlər görməlidir.