Bu rayona qaz fasilələrlə veriləcək

7 İyul 2014 12:24 (UTC+04:00)
Yardımlı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a daxil olan məlumata görə, yeni avtomobil körpüsünün tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar işlər başa çatanadək Yardımlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.