"Hamınıza cəhənnəmdə VİP yer hazırlatdırmışam"-Kərim

7 İyul 2014 12:42 (UTC+04:00)
"And olsun Allaha iyənirəm bu şou-biznesdən" deyən müğənni Kərim Abbasov həmkarlarını sərt tənqid edib. Mövqe.az xəbər verir ki, müğənni şou aləmində heç kəsə etibar olmadığını açıqlayıb: "Allah daş salardı mənim başıma ki, bu sənətə gələn yerdə.İkiüzlülər, yaltaqlar baş alıb gedir. Kimə qardaş deyirsən sonradan dəyişir. Kimə bacı deyirsən... Nə bilim. İmana gəlin. Allahınızı tanıyın. Ay şou-əhli onsuzda hamınıza cəhənnəmdə VİP yer hazırlatdırmışam. Of, Allahım məni bağışla!".