İlham Əliyevin iştirakı ilə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi keçirilib

7 İyul 2014 13:40 (UTC+04:00)

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi keçirilib.

Müşavirədə Azərbaycan prezidenti İlham Əliyev də iştirak və çıxış edib.

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək, dördüncü müşavirədən sonrakı müddətdə görülmüş işlər barədə məlumat verib.

 

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.