Diplomatlar “ASAN xidmət”lə tanış olacaq

8 İyul 2014 11:40 (UTC+04:00)

9 iyul 2014-cü il tarixində saat 10.30-da Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanışlıq görüşü təşkil ediləcək. 


 Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Qafqazinfo" ya daxil olan məlumata görə, görüşün təşkilində məqsəd qonaqların "ASAN xidmət" və bununla əlaqədar olan son yeniliklər barədə məlumatlandırılmasıdır.