Abid Şərifov sovet ordusunun gizlətdiyi minlaradan danışdı

8 İyul 2014 16:22 (UTC+04:00)

"Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdə təmizlənməlidir". Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.


Onun sözlərinə görə, sovet ordusu sovet ordusu vaxtı ilə Bakının ətrafında minalar, partlamamış hərbi sursatlar gizlədib. Xüsusilə Nargin adasında da sovet dövründən qalma çoxlu mina və partlamamış hərbi sursat var. Lakin ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün böyük vəsait tələb olunur. "Hələlik adada yaşayış olmadığı üçün adada təmizlənmə işlərinin aparılması hələlik nəzərdə tutulmur".


A.Şərifov qeyd edib bu yaxınlarda Lənkəran Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ANAMA vasitəsilə rayonda Xəzər dənizinin sahilində onlarla mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.


Bakı ətrafında da bu cür layihələr həyata keçirilir.