İnternet söndürüləcək

6 İyul 2012 10:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, iyulun 9-da internet söndürüləcək

Buna səbəb hakerlərin dünyada 570 000-dən çox kompüterə zərərli proqram yükləməsidir

Federal Təhqiqatlar Bürosu (FBI) iyulun 9-da internetin fəaliyyətini dayandıracaq. "Doğan" xəbər agentliyinin (DHA) yaydığı məlumata görə, buna səbəb hakerlərin dünyada 570 000-dən çox kompüterə zərərli proqram yükləməsidir.

Qeyd edək ki, məlumata görə, FBI virusların 9 iyulda fəaliyyətə başlama ehtimalına qarşı DNS serverlərini söndürərək tədbir görəcək. Virus təhlükəsi aradan qaldırıldığı zaman isə serverlərin fəaliyyəti bərpa olunacaq.

Onuda qeyd edək ki, həmin virusların istifadəçiləri hakerlərin yaratdığı saxta saytlara istiqamətləndirdiyi bildirilib.

Türkan Nadirqızı

Movqe.Az