Azərbaycanlılar İŞİD-ə qarşı peşəkar ordu yaratdı

8 İyul 2014 19:12 (UTC+04:00)

Türkman azərbaycanlıları İŞİD-ə qarşı peşəkar ordu yaratdı. Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto "Bu igidlər qardaşları Türkiyə və Azərbaycan tərəfindən İŞİD və Bərzani peşmərgələri qarşısında yalnız qoyulan Kərkük Türkmanları Tuqayıdır" qeydi ilə paylaşılıb. Qeyd edək ki, Kərkük türkmanları bundan əvvəl İŞİD-ə qarşı pərakəndə halda döyüşürdü. Buna səbəbsə onların indiyə qədər hərbi təlim keçməməsi olub. Yayılan fotoda isə kifayət qədər peşəkar hərbi birləşmə təəssüratı yaranır.