Azərbaycanlı alimin elmi əsəri Vyanada təqdim edilib

8 İyul 2014 19:18 (UTC+04:00)

Azərbaycanlı alimin elmi əsəri Vyanada təqdim edilib. İyulun 8-də Vyanada yerləşən Avstriya Tətbiq Elmlər Beynəlxalq Universiteti azərbaycanlı alim Vüqar Bayramovun "İnteqrasiya: Avropa Birliyi ilə Azad Ticarət yoxsa Gömrük İttifaqı" adlı elmi-modelləşdirmə əsərinin təqdimatını təşkil edib. Müzakirələrdə Qərbi Avropa, ABŞ və MDB-ni təmsil edilən 30-a yaxın professor iştirak edib. Vüqar Bayramov bildirib ki, Hedenik Qiymətləndirmə və Linear Reqreasiya modellərindən istifadə etməklə Azərbaycanın bu birliklər ilə inteqrasiyanın iqtisadi təsirlərini hesablayıb. Model qiymətləndirmə Azərbaycanın Gömrük İttifağına üzlüyünün qısa müddətli dövrdə poztiv təsirlərini göstərsə də orta və uzun müddətli dövrdə neqativ təsirlər üzə çıxarır. Belə ki, ilkin illərdə bu üzvlük ölkənin Ümumi Daxili Məhsulunu əlavə olaraq 1.66 faiz artırsa da sonradan bu təsirlər marjinallaşaraq neqativləşəcək. Əksinə, Avropa Birliyi ilə iqtisadi əməkdaşlıq Azərbaycan üçün orta və uzun müddətli dövrdə müsbət dəyişikliklər vəd edir. Bu baxımdan, ölkəmiz üçün qisa müddətli artım deyil, uzun müddətli strateji təsirlər əhəmiyyətlidir. Vüqar Bayramov iqtisadi qiymətləndirmənin Azərbaycanın Gömrük İttifaqına üzvlüyünü məqbul saymadığını bildirərək ölkəmizin sözügedən quruma üzvlüyünün milli iqtisadi maraqlara uyğun olmadığını deyib: "Bu qurum ilə münasibət də ən yaxşı halda "Britaniya Modelinin" tətbiqi formasinda mümkündür".