Bakıda daha bir yol açıldı (FOTO)

9 İyul 2014 14:57 (UTC+04:00)
Paytaxtda daha bir istifadəyə verilib. Movqe.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Cavadxan küçəsinin Mirmahmud Kazımovski küçəsi ilə kəsişməsindən 4-cü mikrorayon dairəsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdırılıb. Bildirilib ki, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.Qeyd edək ki, ötən gün axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) hissə-hissə aparılan yenidənqurma işləri tam başa çatıb. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsilə kəsişməsindən Tbilisi prospektilə kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri yekunlaşıb.