Minaya düşən sakin öldü

9 İyul 2014 16:56 (UTC+04:00)

Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib

Bu səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunda çobanlıqla məşğul olan Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib.


Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir.


O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.

Mənbə