Tələbənin qorxulu hobbisi

6 İyul 2012 12:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rus tələbə Marat Duprinin xobbisi yüksək binaların üstünə çıxıb şəkil çəkdirməkdir.

Rusiyada bir çox göydələnə qeyri-qanuni yolla çıxıb macəralı bir şəkildə şəkil çəkdirən Dupri, Rusiyadan əlavə bu xobbisini Dubayda da həyata keçirdib. Dünyanın ən yüksək göydələnlərinin olduğu bu şəhərdə yüzlərlə şəkil çəkdirən macərapərəst, "Bir binanın təpəsinə çıxdığımda dünya ayaqlarımın altındaymiş kimi hiss edirəm. Bütün problemlər və narahatlıqlardan uzaq oluram. Yüksəklik məni coşturur. Enerji verir" sözlərini deyib. Əvvəl öz yaşadığı binanın damından şəkil çəkməyə başlayan Dupri, "qorumaları aldadıbb binaların təpəsinə çıxıb orada şəkil çəkmək mənə həzz verir" deyib. Duprinin Moskva və Dubayın yüksək binalarında çəkilmiş çox sayda şəkil kolleksiyası var.