Bakının bir hissəsi susuz qalacaq

10 İyul 2014 11:33 (UTC+04:00)

Bakının bir hissəsində içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu, Z. Bünyadov prospekti ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrindən keçən 1000 mm diametrli magistral su xəttinin yenidən qurulması ilə əlaqədar 10 iyul 2014-cü il tarixində gün ərzində Nərimanov rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.