Hərbçilər qəzaya düşdü

10 İyul 2014 12:05 (UTC+04:00)
Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun ANS PRESS-ə verdiyi məlumata görə, Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib.