TQDK-dan xəbərdarlıq!

10 İyul 2014 12:07 (UTC+04:00)
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

Movqe.az-ınTQDK-ya istinadla verdiyi məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.