Yenə qaz olmayacaq !

10 İyul 2014 12:34 (UTC+04:00)

Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, sınaq-yoxlama işləri ilə əlaqədar bu gün işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.