"Google" əyləncələri

6 İyul 2012 13:21 (UTC+04:00)
Movqe.Az bildirir ki, Google axtarışları, gizli və əyləncəli sürprizlərlə doludur.

1. "Google''a  "do a barrel roll'' yazarkən nə baş verdiyini bilirsinizmi?  İnternetdə axtarış edərkən özünüzü bir döyüş təyyarəsindəki kimi hiss etmək istəyirsinizmi? "do a barrel roll" yazarkən bütün səhifənin döndüyünü görəcəksiniz.

2. Ən yalnız rəqəm hansıdır? "Google"a çətin suallar verməkdən çəkinməyin. "What is the loneliest number" (ən yalnız rəqəm hansıdır) yazarkən "Google"ın hesab maşını sizə "1" cavabını verəcək.

3. "Google"da "Askew" və ya "tilt" axtarışını etdikdə səhifənin bir az yana yatdığını hiss edəcəksiniz.

4. "Google Gravity" yazın və "Mən şanslıyam" düyməsini basın. Səhifədəki bütün elementlərin cazibənə qapılıb düşdüyünü görəcəksiniz. Sonra isə istəsəniz "mouse"la dagılan yazıları bir yerə yığaraq əylənə bilərsiniz.

5. Axtarış qutusuna'' let it snow'' (qar yağdır) yazın ...Qar dənələrinin pəncərənizə yavaş yavaş düşdüyünü və bununla birlikdə ekranın qarla dolduğunu görəcəksiniz.

6. Çak Norris haradadır: "Where is Chuck Norris?", "Find Chuck Norris" yazaraq axtarış etdikdə, "Google" Çak Norrisi axtarmayacaq. "Find Chuck Norris" yazıb, "Mən şanslıyam" düyməsinə basdıqda isı, "Google" sizə çox araqlı cavab verəcək. " Siz Çak Norrisi tapa bilməzsiniz, o sizi tapar." cavabı ilə qarşılaşacaqsınız.