“KamAZ”dan yıxılıb öldü

10 İyul 2014 16:10 (UTC+04:00)

Beyləqan sakini bədbəxt hadisə nəticəsində ölüb

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Beyləqan şəhərində baş verib.


Belə ki, şəhər sakini ərazisində Şəfəq qəsəbə sakini Qədir Orucovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "KamAZ" markalı avtomobilin yük yerində olan şəhər sakini Sadiq Tağıyev yıxılıb.


Nəticədə Sadiq Tağıyev ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Lakin həkimlərin səyinə baxmayaraq, Sadiq Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.


Ehtimal olunur ki, hadisə ehtiyatsızlıqdan baş verib.


Faktla bağlı araşdırma aparılır.