Magistratuya qəbul olanların qeydiyyat müddəti uzadılıb

10 İyul 2014 18:04 (UTC+04:00)

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb. Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.