İhsanoğlu kampaniya aparmağa pul tapmır

10 İyul 2014 18:54 (UTC+04:00)

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu ölkə müxalifətinin seçkiqabağı kampaniya aparmağa maddi imkanı olmadığını bildirib. Bu barədə "TRT Haber" məlumat verib. İhsanoğlu onu da bildirib ki, rəqibi, baş nazir Rəcəb Tayyib Ərdoğan bütün imkanlardan istifadə edərək, seçkiqabağı kampaniyaya başlayıb. İhsanoğlu dünən özünə seçkiqabağı şüar olaraq "Ekmek için Ekmələddin" şüarını seçib.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək