Azərbaycan Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir

11 İyul 2014 12:30 (UTC+04:00)

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.


Movqe.az-ın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.