Sabah 38 dərəcə isti olacaq
12 İyul 2014 13:26 (UTC+04:00)
Sabah külək güclənəcək. Movqe.az xəbər verir ki , Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron
yarımadasında iyulun 13-də hava şəraitinin dəyişkən buludlu
olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı
gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80,
gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən axşam və gecə bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə
11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.