Bakının yarısında qaz olmayacaq

12 İyul 2014 13:58 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Movqe.az xəbər verir ki , "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində sipərin dəyişdirilməsi, siyirtmələrin quraşdırılması, ölçü qovşağında daraldıcı qurğunun əvəz olunması və qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 13 iyul 2014-cü il tarixdən saat 10:00-dan 18:00-dək Səbail, Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.