Xanəndə Elnarə Abdullayeva "Star life" verilişinə
açıqlama verib.
Movqe.az Axşam.az-a istinadən xəbər verir ki , ifaçı
anası dünyasını dəyişəndən sonra məclislərə getmədiyini deyib:
"Atam dünyasını dəyişəndə toylara gedirdim. Çünki mənə anam dəstək
olurdu. Amma anam rəhmətə gedəndən sonra məclislərə getmədim.
Dəstək olanım yoxdur. Ramazan ayı anamın ən sevdiyi ərəfə idi. Hər
il orucunu tuturdu. Orucluq başlayandan mən gecələr səhərə kimi
yatmıram. Oturub dualar edirəm".