Bakıda yaşayış binasında yanğın olub

6 İyul 2012 16:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakının hübdürmərtəbəli binasında yanğın olub.

Hadisə zamanı binanın 4 nəfər sakini təxliyyə edilib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 16-mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısı yanıb.

Mənzillər yanğından mühafizə olunub, zərər çəkən isə yoxdur.

Türkan Nadirqızı

Movqe.Az